Müğənni Yaşar Yusub Rusiyada konsert proqramı ilə çıxış edib.
OLAY yazır ki, populyar ifaçı Moskvada səhnəyə çıxaraq pərəstişkarlarını sevindirib. O, sözügedən musiqili gecədən sonra növbəti dəfə konsert təklifi alıb:
“Fevralın 20-i Moksvada böyük bir məkanda konsertimiz oldu. İzləyicilər arasında təkcə azərbaycanlılar yox, digər millətlərdən olan musiqi sevənlər var idi. Öz və sənətkarların repertuarını bir araya topladım, konsertdə səsləndirdim. Dedik, güldük, rəqs etdik! İki saata yaxın səhnədə oldum. Moskvada növbəti təklif aldım, fevralın 23-də yenə səhnəyə çıxacam”.