Video
Video

“Bəlkə, Manafın toyu var, onu buraxın”

“Bəlkə, Manafın toyu var, onu buraxın”

Müğənni Təranə Qumral həbs olunan həmkarı Manaf Ağayev üçün instaqramda canlı açıb. 

OLAY yazır ki, o, digər sənət dostlarına çağırış edib. Onlardan Manafla bağlı paylaşım etmələrini istəyib:

“Hamınız danışın. Xahiş edin ki, Manafı buraxsınlar. Ay camaat, sənət insanları durun danışın, xahiş edin ki, Manafı buraxsınlar. Bəlkə onun toyu var, bu on beş gün ərzində iş-gücü var. Niyə işini atıb, içəridə oturmalıdır? Siz də mənim kimi danışın”.

Qeyd edək ki, M. Ağayev işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla getdiyi üçün 15 günlük həbs olunub.