Olay
Olay

“Qanun nə tələb edirsə, o da olmalıdır”

“Qanun nə tələb edirsə, o da olmalıdır”

Əməkdar artist Nüşabə Ələsgərli həbs olunan həmkarı Manaf Ağayev haqda yazıb. 

OLAY yazır ki, o, Manafla yanaşı onunla birgə saxlanılan Sənan Hüseynovdan da bəhs edib. Nüşabə deyib ki, hər ikisi də onun dostudur:

“Hər kəsə yardım edən insanlardır. Bu gün bilməyərəkdən səhv edib, icazələri olmadan işğaldan azad olunmuş ərazilərə gediblərsə, qanun nə tələb edirsə, o da olmalıdır. Füzuli rayonu həm Manafın, həm də Sənanın doğulduğu doğma rayonudur. Artıq söhbətlərə, şərhlər lazım deyil. Onlar Azərbaycan oğullarıdırlar. İmkan daxilində hər kəsə yardım edən insanlardır. Qanun şahdır, vəssalam. Heç kəs sevinməsin. Biz onları sevirik və qəlbimizdədirlər. Qapıları açıq olsun”.

Qeyd edək ki, M. Ağayev işğaldan azad olunmuş ərazilərə müvafiq icazə olmadan, qanunsuz şəkildə getdiyi üçün 15 sutkalıq həbs olunub.