Olay
Olay

Manaf Ağayev saxlanıldı

Manaf Ağayev saxlanıldı

Müğənni Manaf Ağayev işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla daxil olub.

OLAY yazır ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

DİN-in rəsmisi Ehsan Zahidov bildirib ki, görüntülər yayıldıqdan dərhal sonra polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Araşdırma zamanı Manaf Ağayevin artıq Bakıda olduğu müəyyən edilib:

“Müğənni Manaf Ağayev və onun yanındakı vətəndaş polis idarəsinə dəvət olunublar. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, onlar işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla daxil olublar.

Bununla bağlı onların izahatları alınıb. Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.