Türk sənət musiqisinin “diva”sı Bülent Ersoy 50-ci dəfə keçirilən “Altın Kelebek”də mükafat qazanıb.
OLAY yazır ki, sözügedən gecəni “Teve 2” kanalı ilə şərh edən xanım aparıcı 74 yaşlı sənətkarı əvvəlcə bəy sonra isə düzəliş edərək xanım kimi təqdim edib.
“Bəli, Bülent bəy Cem bəyə doğru… Bülent xanım Cem bəyə doğru əlini uzatdı”, - deyə mükafatlandırma mərasimini şərh edən xanım vurğulayıb.
Həmin kadrlar sosial şəbəkədə paylaşılaraq “viral” olub.