Video
Video

Efirdə olduğu unudan xəbər aparıcısının çətin anları

Efirdə olduğu unudan xəbər aparıcısının çətin anları

Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin aparıcısı Yekaterina Mazalkovanın başına iş gəlib. 

OLAY yazır ki, sözügedən kanalda yayımlanan “Vesti Krasnoyarsk” xəbərlər proqramının aparıcısı efirdə olduğunu bir anlıq unudub. 

Həmin anda isə onun başı telefonda “TikTok” video platformasında gülməli videoların birinə qarışıb. 

Telefonu qaldırıb həmin videonu kadrarxasında əyləşən operatorlara göstərdiyi an Mazalkova canlı efirdə olduğunun fərqinə varıb.

Özünü bir anlıq itirən Yekaterina dərhal telefonu yanına qoyub və tamaşaçılarla salamlaşıb. 

Həmin görüntülər isə efirdə anbaan nümayiş olunub.