Video
Video

Sibel Can konsertində yıxıldı

Sibel Can konsertində yıxıldı

Türkiyənin məşhur müğənnisi Sibel Can Ankara konsertində xoşagəlməz hadisə ilə üzləşib.

OLAY yazır ki, sənətçi mahnı oxuyarkən müvazinətini itirərək qəfil yerə yıxılıb.

Həmin an skripka ifaçısı və kulis arxasında dayanan mühafizəçilərdən biri Sibel tərəfə qaçaraq onu yerdən qaldırmağa kömək ediblər. 

Yıxılmağına rəğmən Can ifasını tamaşaçıların gür alqışı ilə davam etdirib. Müğənni hətta rəqs də edib. 

Qeyd edək ki, 54 yaşlı məşhur Sibel Canın Ankara konsertində geyindiyi Amor Qariboviçin imzası olan qara libas sosial mediada trend mövzusuna çevrilib. Çox danışılan paltarın qiymətinin 150 min lirə (təxminən 7365 manat) olduğu iddia edilib.