Bu gün səhər saatlarında Xəzərin sahilində balinaya bənzər canlının tapılması ilə bağlı iddialar yayılıb.
OLAY Qafqazinfo-ya istinadən yazır ki, sosial şəbəkələrdə sürətlə yayılan qeyri-dəqiq məlumatlarda onun kaşalot olması bildirilib.
Amma sözügedən nəhəng növün Xəzərin Bakı sahilində tapılması real görünmür. Bu, sadəcə olaraq COP29-un açılış günündə həyata keçirilən bir layihədir.
Məsələ ilə bağlı hələ ki, rəsmi məlumat verilməsə də, bununla sualtı aləmin problemlərinə, nəsli kəsilməkdə olan balıq növlərinə diqqət çəkildiyini demək mümkündür.