Müğənni Aynur Dadaşovanın anasının səhhətində ciddi problem yaranıb.
OLAY yazır ki, bu haqda sənətçi instaqram səhifəsində yaydığı videoaçıqlamada deyib.
Sənətçi bildirib ki, valideyni hazırda xəstəxanada həkim nəzarətindədir:
“Bu həftə bir neçə verilişlərə çıxacaqdım. Birdən-birə anamın vəziyyəti çox pisləşdi. Həkimlər anamı o vəziyyətdə kömək oldular. Saatlardır ki, onun yanında oturmuşam. Onu tək qoyub gedə bilmirəm”.
Aynur videoda anasının ayaqlarının necə olmasını soruşub. O isə yaxşı olduğunu bildirib.