Video
Video

Sevda 12 kiloqram arıqladı

Sevda 12 kiloqram arıqladı

Müğənni Sevda Sanaliyeva arıqlaması ilə gündəmə gəlib. 

OLAY yazır ki, sənətçi güzgü önündə çəkdiyi görüntülərini instaqram səhifəsində paylaşaraq bir neçə aya 12 kiloqram çəki atdığını bildirib.

“Həqiqətən insanın istəyib edə bilməyəcəyi şey yoxdur. Hər şey insanın öz əlindədir. 79-dan 67 kiloqram çəkiyə düşdüm. Hələ 5-6 kiloqram da arıqlamalıyam. Davamı gələcək… Qarşıda hədəflərim və məqsədlərim var ona görə də davam. Bu cins şalvarı ən son 9 il bundan əvvəl geyinmişdim. Əvvəl bu şalvar necə əynimə otururdusa indi də eyni şəkildə də oturur. Bu geyimlərimi bilərəkdən saxlayırdım çünki eyni çəkiyə düşmək prinsipin vardı”, - deyə Sevda vurğulayıb.

Qeyd edək ki, Sevda iki dəfə ailəli olub və ayrılıb. Onun bir qız və bir oğlan övladı var.