Dünyaca məşhur Hollivud aktrisası Ancelina Coli rejissor Pablo Larrainin lentə aldığı “Mariya” filminin premyerasından əvvəl Venesiyada görüntülənib.
OLAY yazır ki, ekran əsərində müğənni Mariya Kallasa həsr olunub və filmdə baş rolu Coli ifa edib.
Ancelina üzərinə “Saint Laurent” markasına məxsus qəhvəyi libas geyinib. Sarıya boyadığı saçlarını isə 49 yaşlı Coli çiyinlərinə atıb.
Qeyd edək ki, təşkilatçılar Ancelina Coli və onun keçmiş əri, Hollivud aktyoru Bred Pitt üçün müxtəlif cədvəllər hazırlayıblar, onlarla işləri nizamlamağa davam edirlər. Bu, festivalda keçmiş “ər-arvad”ın mümkün görüşünün qarşısını almaq üçün edilib.