Fotosessiya
Fotosessiya

Bred Pitt oğlu ilə barışmaq istəyir

Bred Pitt oğlu ilə barışmaq istəyir

Hollivud aktyoru Bred Pitt bu yaxınlarda ağır qəza keçirən oğlu Paks ilə mübahisədən çox narahatdır və onunla barışmaq istəyir. 

OLAY yazır ki, bu barədə “In Touch Weekly” nəşrinə cütlüyə yaxın mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, oğlu ilə mübahisə etsə də, aktyor belə bir çətin anda onun yanında ola bilməyəcəyindən depressiyaya düşüb:

“Bu, ürəyində bıçaq kimidir. Bu, Bredin ən pis kabusudur: oğlu pis haldadır, lakin Bred ona kömək etmək üçün heç nə edə bilmir. Bu, onu içəridən parçalayır", - deyə mənbə vurğulayıb. 

O qeyd edib ki, Pitt oğlu ilə əlaqə saxlamağa çalışıb:

“Brad Paksla əlaqə saxlamağa çalışır, lakin oğlu onun zənglərinə cavab vermir. Bredin edə biləcəyi tək şey narahatlıq içində gözləmək. Onun ürəyi qırılır”.

Mənbənin sözlərinə görə, Pitt indi hər şeyi dərk edib və dəyişib: alkoqol asılılığı keçmiş həyat yoldaşı Ancelina Coli və uşaqları ilə münasibətlərini pozduğundan aktyor, artıq spirtli içki qəbul etmir:

“O dəyişdi. Kaş ki, Ancelina və Paks bunu görsünlər. Ancelina çox güman ki, Bredlə bağlı fikrini heç vaxt dəyişməyəcək, lakin o, həqiqətən Paksın bir gün özünə gəlməsini istəyir. Bred oğlu üçün mübarizədən əl çəkməyəcək”.

Xatırladaq ki, 20 yaşlı Paks iyulun sonunda qəza keçirib. Cütlüyün oğlu, dəbilqəsiz elektrik motosikleti sürərkən avtomobilə çırpılıb, ağır xəsarətlər alıb. 

Qeyd edək ki, ümumilikdə keçmiş cütlüyün altı övladı var, onlardan üçü övladlığa götürülüb: 22 yaşlı Maddoks, 19 yaşlı Zahara və 20 yaşlı Paks, üçü isə biolojidir: 18 yaşlı Şilo və 15- yaşlı əkizlər Knoks və Vivien. Son zamanlar Pitt bütün uşaqları ilə çox gərgin münasibətdə olub.