Aktyor Tamer Karadağlı həmkarı Şahan Gökbakarı şikayət edəcəyini açıqlayıb.
OLLAY yazır ki, buna səbəb isə Gökbakarın onun Antalya teatrının binası ilə bağlı videosunu təqlid etməsi olub.
Belə ki, T. Karadağlı Şahanı dövləti etibarsızlaşdırmaqda ittiham edib.
Qeyd edək ki, Türkiyədə Dövlət Teatrları İttifaqının sədri olan Karadağlı Antalya teatrının baxımsızlığından şikayətlənmiş, bələdiyyəni günahlandırmışdı. Bundan sonra Şahan bu videonu ələ salaraq video çəkmişdi.