Olay
Olay

Məlahət Abbasova Karadağlının müdafiəsinə qalxdı

Məlahət Abbasova Karadağlının müdafiəsinə qalxdı

Bir neçə gündür ki, türkiyəli sənətçilər -Tamer Karadağlı və Nihal Yalçının “Altın Portakal” mükafatlandırma mərasimindəki dialoqları gündəmi zəbt edib. Belə ki, “En iyi kadın oyuncu” kateqoriyasında qalib olan N.Yalçın çıxışı zamanı ona mükafat verən T.Karadağlının sözünü kəsdiyini düşünüb.

Aktyor isə bunu həmkarının mükafatı ilə birgə danışması üçün etdiyini deyib. Beləliklə, sosial şəbəkə istifadəçiləri və sənət aləmi iki yerə ayrılıb. Kimisi T.Karadağlını müdafiə edərək onun pis niyyətinin olmadığını söyləyib, kimisi isə bunu N.Yalçına qarşı hörmətsizlik kimi qəbul edib. 

OLAY yazır ki, Türkiyədə yaşayan Əməkdar artist Məlahət Abbasova da Tamer Karadağlıya dəstək göstərib. 

O, Türkiyə xəbər səhifələrinin birinə şərh yazıb: “Nihal xanım “Bu ödülə məni layiq görənlər”- deyəndə əlində mükafatı yox idi. Tamer bəy, o əsnada mükafatını verdi. Sözünü kəsmək üçün etmədi. Hətta Nihal Yalçın soruşdu ki, susmağımı istəyirsiniz? Tamer bəy açıq şəkildə belə etmədiyini söylədi. Burada pis niyyət yoxdur. Niyə söhbəti bu qədər uzadırsınız?” 

Xatrıladaq ki, iki sənətçinin qalmaqalı sosial şəbəkələrdə siyasiləşdirilib. Nihal Yalçının illər əvvəl Türkiyədə kürdpərəst müxalifət olan Xalqların Demokratik Partiyasını (XDP) dəstəklədiyi ortaya çıxıb. Hətta XDP-nin üzvləri də bu məsələdə N.Yalçını müdafiə ediblər. Əslən azərbaycanlı olan Tamer Karadağlıya isə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı dəstəyini nümayiş etdirib.