Ötən gün evlənən türkiyəli müğənni İdo Tatlısesin toyunda gəlinlik qalmaqalı yaşanıb.
OLAY yazır ki, İdonun həyat yoldaşı Yasemin Şefkatlinin geyindiyi ikinci gəlinliyin onun bədənini göstərməsi söz-söhbətə səbəb olub.
Gəlin ailədən gələn xəbərdarlıqdan sonra 15 dəqiqə sonra rahat olmaq üçün geyindiyi libasını dəyişdirmək məcburiyyətində qalıb.
Qeyd edək ki, Y.Şefkatli toyda üç gəlinlik geyinib.