Amerikaya köçən eks-aparıcı Günel Hümbətova sosial media hesabında izləyicilərin suallarını cavablandırıb.
OLAY yazır ki, Günel ona yazılan “İkinci uşaq istəyirsiniz?” sualını belə şərh edib:
“İkinci uşaq istəmirəm. Özümü ifadə etmək üçün, xoşbəxt olmaq üçün doğub-törməyə ehtiyacım yoxdur. Çox xoşbəxtəm ki, Cosi həyatımdadır və onun anasıyam.
Amma başqa uşaq haqda heç düşünmürəm. Bəlkə, 40 yaşıma çatanda istəyərəm, amma indi yox. Uşaq dünyaya gətirmək çox böyük məsuliyyətdir, diqqətdir, zamandır. Mən hələ içimdəki balaca Günellə və Cosi ilə məşğulam”.
Qeyd edək ki, G.Hümbətova illər öncə Firuz Soliyev adlı şəxslə ailə qurub. Onların Josefina adlı qızları var.