Arı
Arı

Müğənnilərin canlı oxumaq imtahanı...

Müğənnilərin canlı oxumaq imtahanı...

Son zamanlar TV-lərdə akustik proqramlar diqqətimi çox çəkir və hər birini izləyirəm. Nə yaxşı ki, sənətçilərin canlı ifalarını görürük. O qədər studiya variantlarını eşidirik ki, səsləri akustikdə tanımaqda çətinlik çəkirəm.

Müğənninin fəaliyyəti təkcə studiyadan ibarət olmamalıdır. Canlı ifaya gələndə deyərdim ki, naşıdırlar. Əksəriyyəti... Bunun da səbəbi studiyadan kənar musiqiçilərlə akustik məşq etmirlər. Bu da açıq-aydın efirdə görünür.

Söhbət onların səsinin olub-olmamağından getmir. Xarici ulduzlarda da studiya effekti vermir. Amma məsələ orasındadır ki, onlar musiqiçilərlə ahəngdə olurlar. Bizdə ifaçı studiya versiyada oxuyur, musiqiçilər akustik ifa edir.

Əgər bir müğənni studiya versiyadakı səslənməni verə bilmirsə, məsələyə texniki yanaşmalıdır. Efirdə nə texniki oxuma, nə də ürək olur. İfaçı üz ifadələri ilə musiqiçiləri idarə etmək istəyir. Uğurlu çıxış edənlər də toyda canlı oxuyanlardır. (Halbuki toyda ifa edənləri bəyənmirsiz)

Bir də qeyd edim ki, aparıcılara və heyətə böyük təşəkkür düşür. Ona görə ki, sənətçilərin canlı imtahanını bizə təqdim edirlər.