Video
Video

Günel Tatlısesin oğlunun toyunda - VİDEO

Günel Tatlısesin oğlunun toyunda - VİDEO

Ötən gün türkiyəli müğənni İdo Tatlısesin toyu baş tutub.

OLAY yazır ki, İbrahim Tatlısesin kiçik oğlu ötən il nişanlandığı Yasemin Şefkatli ilə ailə qurub.

Cütlüyün toyuna 550 nəfər qatılıb. Onların sırasında bir-birindən fərqli məşhur sənətçilər yer alıb.

Gecədə Günel Zeynalova da iştirak edib. O, səhnədə “Didem”, “Aşıksın” adlı mahnılarını oxuyub. Gecəboyu türk məşhurlarla əylənən müğənni sosial mediadakı paylaşımları ilə də diqqət çəkib.

Qeyd edək ki, İdo Tatlıses də müğənniliklə məşğuldur. O, İbrahim Tatlısesin Derya Tuna ilə olan evliliyindən dünyaya gəlib.