Video
Video

Həbs iddialarına aydınlıq gətirdi

Həbs iddialarına aydınlıq gətirdi

Türkiyəli sosial media fenomeni Banu Parlak həbs olunduğu ilə bağlı iddialara aydınlıq gətirib.

OLAY yazır ki, o, instaqramın hekayə bölməsində paylaşım edərək xəbərlərin yalan olduğunu deyib.

“Allah eşqinə, yorulmadınız. Rahat buraxın. “Həbsxanada imişəm”, “tutulmuşam”. Belə bir şey yoxdur. Rahat buraxın məni”, - deyə, Parlak bildirib.

Qeyd edək ki, türk mətbuatında Banunun Küçükçekmece Ədliyyəsində müdiri təhqir etdiyi üçün həbs edildiyi ilə bağlı xəbərlər dərc olunub.