Azərbaycanda da iri neft aktivlərinə malik olan milyarder Mixail Qutseriyevin qızı Sofiyanın dəbdəbəli toyu olub.
OLAY yazır ki, dekabrın 18-də Moskvada baş tutan məclis üçün Rusiyanın populyar ulduzları cədvəllərini dəyişdirmək qərarına gəliblər.
Qriqori Leps, Ani Lorak, Keti Topuriya gecədə yer alan məşhurlardan olub. Niletto isə “Lyubimka” hitini qonaqlar üçün səsləndirib.
30 yaşlı gəlin şəxsiyyəti diqqətlə gizlədilən İnqor Patiyevlə evlənib. Onun toyda çəkilişinə qadağa qoyulduğu haqda xəbərlər də yayılıb. Sosial şəbəkələrdə gəlin və kürəkənin bir fotosu belə paylaşılmayıb.
Buna baxmayaraq, bəyin ailəsi gəlinin hədiyyəsi olaraq ona müğənni Konstantin Krımskinin ifasında mahnı bağışlayıb.
Toy təşkilatçısı Kseniya Afanasyevanın sözlərinə görə, toy demək olar ki, kortəbii şəkildə təşkil olunub, hazırlıq üçün cəmi 50 gün vaxtı olub.
Qeyd edək ki, rus milyarder Mixail Qutseriyev “Russneft”, “Neftis” və “Kuzbass Fuel Company” şirkətlərinin səhmdarıdır. Forbes-in məlumatına görə, onun hazırkı sərvəti 2,5 milyard dollar qiymətləndirilir.
Bundan əlavə, Qutseriyev şou-biznesdə geniş tanınır. Şair, öz prodüser mərkəzinin yaradıcısı və musiqi mükafatlarının təşkilatçısıdır. Demək olar ki, hər ikinci məşhur sənətçinin repertuarında milyarderin bəstəsi var.