Xalq artisti Röya Ayxan Bakıda taekvondo üzrə dünya çempionatının açılış mərasimində səhnə alıb.
Estrada ulduzu Bakı Kristal Zalında baş tutan tədbirdə üç hitini- “Bəlkə də”, “Sənin deyiləm” və “Yuxu dərmanımdır”ı səsləndirib.
Qeyd edək ki, açılışı Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov və digər rəsmi şəxslər izləyiblər.