Video
Video

“Həqiqəti bilirdim, amma hiss etdirmirdim”

“Həqiqəti bilirdim, amma hiss etdirmirdim”

“Xəbəri axşamdan eşitdim, onsuz da gec yatıram. Heç gözümə yuxu getmədi, vəziyyətim də yaxşı deyildi, özümü narahat hiss edirdim. Dedim, getməsəm olmaz. Gəldim, Ramizə sözlərimi dedim”.

Bu sözləri OLAY-a Xalq artisti Firəngiz Mütəllimova vəfat edən həmkarı Ramiz Novruz haqda deyib. O söyləyib ki, aktyorun vəziyyətindən xəbərdar olublar:

“Haqq yoludur, hamımız bu yoldayıq. Onun gülər üzü, özünəməxsus zarafatları, xatirələri maraqlı danışmağını heç vaxt unutmayacağam. Sonuncu votsap yazışmamız qalıb, səsinə qulaq asmışam. Xoşbəxt o valideyndir ki, övlad acısı görmür. Sonuncu dəfə 3 ay əvvəl görüşmüşdük. Teatra gələn vaxtları idi. Həmişə gümrah idi, deyirdi, düzəlirəm, yaxşılaşıram. Sonra demişdi ki, şükür ki, qalib gəldim. Mən də sevinirdim. Amma gerçəyi də bilirdim, bunu ona hiss etdirmirdim. Özümü elə aparırdım ki, bilmirəm. Mən həqiqəti bildikdən sonra xeyli yaşadı”. 

Dilşad Bəhruzqızı