“İnsan o vəziyyətə gəlir ki, deyirsən, bəlkə ölsə, canı qurtarar. Çox acı və qəddar bir cümlədir”.
OLAY yazır ki, bu sözləri Əməkdar artist Vəfa Zeynalova deyib. Ramiz Novruzun vida mərasimində yer alan aktrisa KİV qarşısına çıxaraq mərhum aktyorla xatirələrini bölüşüb:
“Ramiz müəllimsiz teatr necə olacaq? Teatrımızda bir günəş kimidir. Rəftarı, deyib-gülməyi, zarafatları... Böyük və kiçiklə gözəl münasibətdə idi. Ağrılarını, çəkdiyi əzabı heç kəsə demirdi. Allah rəhmət eləsin”.
Dilşad Bəhruzqızı