TV proqram
TV proqram

Zeynəbə kökəlmək olmaz

Zeynəbə kökəlmək olmaz

Müğənni Zeynəb Həsəni ona həkimlərin qadağa qoyduğunu bildirib.

OLAY yazır ki, bir müddət əvvəl xərçəng xəstəliyinə yaxalandığını açıqlayan Həsəni bu barədə “Səhər mərkəzi” proqramında məlumat verib.

Xəstəliyi barədə danışan ifaçı söyləyib ki, həkimlər ona kökəlməyə icazə vermir:

“İlk vaxtlar özümlə söhbət edə bilmirdim. Gözləmədiyim anda oldu, alt-üst oldum. Psixologiyam pozuldu. Zamanla həkimlərlə görüşdüm və anladım ki, bu, məndə təzədir. Allaha şükür etdim ki, vaxtında xəbərim olub. Proseslər çox getmədi. Cəmi iki prosedurdan getdi. Ən çox saçımın tökülməyi mənə təsir edərdi. Çünki məndə o psixoloji travma qalıb. Anam da eyni xəstəlikdən rəhmətə gedib. Onu da gec bilmişdik. Bir tək saçımın tökülməyini istəmirdim. Bir dərs aldım ki, Allahım, sənin verdiyin cana yaxşı baxmamışam. Tövbə etdim ki, özümü bir də incitmərəm. Şükür ki, qalibəm. Tamamilə sağlamam, sadəcə pəhrimizə nəzarət etməliyəm. Şəkər ziyandır, onları azaltmalıyıq. Hazırda 51 kiloqramam. 4 kilo haqqım var. 55 kiloqramdan yuxarı çıxa bilmərəm”.