Aparıcı Mətanət Əliverdiyeva müğənni Damlanın geyim tərzini tənqid edib.
OLAY yazır ki, bu barədə o, “Xəzər axşamı” verilişində danışıb.
Əliverdiyeva deyib ki, Damlanı düzgün istiqamətləndirmirlər:
“Damla çox sevdiyim qızdır. Onu düzgün geyindirmirlər. Geyimi oxu tərzinə uyğun deyil, səhv istiqamətləndirirlər. Bu da gülünc görünür. Bir dəfə şort kimi paltar geyinmişdi, oxuduğu mahnıya da uyğun deyildi. Həm də insanın bədən quruluşu var, libas ona da yaraşmalıdır. Axı Damla yaxşı qızdır. Sosial şəbəkələrdə geyimlərinə görə ona təhqirlər yazırlar”.