“Dostum olan, yaxşı şairlərlə iki-üç nəfər bir qapalı məkanda otururuq. Bədahətən meyxana da deyirik. Onlar mənə əruz vəznini də öyrədirlər”.
OLAY yazır ki, bu sözləri “Səhər mərkəzi” verilişində müğənni Əminə Şirinqızı deyib.
O deyib ki, meyxanaçı dostlarından əruz vəznini öyrənir:
“Həmin qəzəlləri elə-belə yaza bilməzdim. Əruzda oxumaq çox çətindir. Sözü qırmamalısan, bunların hamısı şərtdir. Sapa mirvari düzürsən. Guya “Ədalət görmədim”, “Dəhşətdədir dünya” oxuyanda fikriləşirdim ki, camaat məni məclisə dəvət edəcək? Kim istəyər məclisində “Dəhşətdədir dünya” oxunulsun? Özüm üçün oxuyuram. Aparıram Vaqif müəllimə (Əməkdar İncəsənət Xadimi Vaqif Gərayzadə) göstərirəm, baxır, bəyənir dinləyir. O mənim üçün 1000 toya getməyə dəyir. İnanırsız, məndə qazanc olmur. Tutaq ki, məni məclisə Röya Ayxanla “Yaz ayları” duetimə görə dəvət edirlər. Görürlər ki, dayanmadan Xalq mahnıları oxuyuram. Mənşəyi bəlli olan mahnılar ifa edirəm. Mənimlə maraqlanan bilməlidir ki, 15 yaşından Vaqif Gərayzadənin yanında oxumuşam. Biz qruplarla toylara getmişik, deməli, toy repertuarını yaxşı bilirəm”.