TV proqram
TV proqram

“Sponsoru varsa, tum satan da aparıcı ola bilər”

“Sponsoru varsa, tum satan da aparıcı ola bilər”

Uzun  müddətdir televiziyalardan uzaq düşən aparıcı Yusif Ağayev efirə qayıtmağı düşünmür.

Bu barədə o, OLAY-a özəl açıqlama verib. Ağayev bildirib ki, hazırda televiziyaların qapısı peşəkar aparıcıların üzünə açıq deyil:

“Savadı olmayan adamın iki sponsoru varsa, istənilən televiziyanın qapısı üzünə açıqdır. Hazırda televiziya qapıları peşəkar aparıcıların yox, onların sponsorlarının üzünə açılır. Ali savadın yoxdur, öz ədəbiyyatımızdan, mütaliədən xəbərsizsən, dünya görüşsüzsən, amma sponsorun varsa, istənilən televiziyanın qapısını ayağınla açıb, veriliş apara bilərsən”.

Aparıcı bildirib ki, kanallardan təklif gəlsə də, onun öz prinsipləri var:

“Ona uyğun olaraq 24 ildir ki, 106 FM-də işləyirəm. Həmişə təklif gəlib, qəbul etməmişəm. Doğma kanalım – ATV açılandan burada çalışıram, ilk və tək qocaman aparıcısıyam. Ölkədə ilk teleradio aparıcısıyam ki, Prezident tərəfindən “Tərəqqi” medalına layiq görülmüşəm”.

Yusif Ağayev müğənnilərin, rəqqasələrin və başqa sahədən olan adamların efirdə aparıcılıq etməsinə gəlincə, bu sözləri deyib:

“Onların sponsorları var və bundan pul qazanırlar. Sponsorun varsa, deyəcəklər, gəl, keç yuxarı başa, ayağının altına qırmızı xalça da atacaqlar. Burada təəccüblənməli heç nə yoxdur. Hətta sponsoru və bir az danışıq qabiliyyəti varsa, tum satan belə televiziyada aparıcılıq edə bilər”.