Namiq Qaraçuxurlu bəzi aparıcılardan gileylənərək, efirdə onlar üçün tələ qurulduğunu bildirib.
OLAY yazır ki, bu barədə sənətçi “7 canlı” verilişinə qonaq olarkən danışıb.
“Verilişlər olurdu, sorğusuz-sualsız gəlirdin. Gedib evə çatanda, verilişə baxanda başa düşürsən ki, sən demə, orada sənin üçün tələ hazırlanıbmış, xəbərin yoxdur. Sən gəlmisən səmimi, aparıcı üzünə gülür, demə, altdan işlər gedirmiş. Kimsə zəng edib, tapşırıb ki, belə edin, elə edin. Yavaş-yavaş başa düşürsən, artıq olursan siyasətçi. Bu pisdir, əslində… Bir ara müğənniyə sataşmaq dəb düşmüşdü, onu efirdə alçaltmaq bəzi aparıcıların peşəkarlığına çevrilmişdi”, - deyə, Qaraçuxurlu qeyd edib.