TV proqram
TV proqram

Yuxulara reklam yerləşdirmək üçün araşdırmalar gedir

Yuxulara reklam yerləşdirmək üçün araşdırmalar gedir

Böyük şirkətlərin alimlərlə birlikdə yuxularımıza reklam yerləşdirmək üçün araşdırmalar apardığını bilirdiniz? “Xbox (Microsoft)”, “Coors”, “Burger King” kimi nəhəng şirkətlər bu araşdırmalar üçün büdcə ayırır. Nəticələr uğurlu hesab edilir.

OLAY “Albert Eynişeydi”yə istinadən yazır ki, 1993-cü ildə Harvard Universitetinin yuxu araşdırmaçıları 66 tələbə üzərində araşdırma aparmışdılar. Tələbələrdən bir mövzu seçməkləri və 1 həftə boyunca yatmadan əvvəl bu barədə düşünməkləri istənilmişdi. Araşdırmanın nəticəsində tələbələrin təxminən yarısı həmin mövzu ilə bağlı yuxu görmüşdü.

Başqa bir araşdırmada iştirakçıların 3 gün boyunca bir neçə saat Tetris oyununu oynamaqları istənmişdi. Araşdırma bənzər nəticələr vermişdi.

2000-ci ildə bir başqa oyunla bağlı bu araşdırma aparılmışdı və iştirakçıların 60%-i həmin oyunla bağlı yuxular görmüşdü.

“Coors” şirkəti 18 nəfər iştirakçı ilə birlikdə belə bir araşdırma aparmışdı. Şirkətin loqosunda dağlar və şəlalələr var. Yuxuya getmədən əvvəl bu insanlara 90 saniyəlik video göstərilib. Həmin videoda dağlar, şəlalər, sərin görüntülər və “Coors” pivəsi göstərilib. İştirakçılardan 5-i yuxuda “Coors” pivəsi gördüyünü bildirib.

Gələcək çox maraqlı və bir az da qorxulu görünür.