Olay
Olay

Yuxu rejimini nizamlayan 6 tövsiyə!

Yuxu rejimini nizamlayan 6 tövsiyə!

Həyatımızda yaşadığımız maddi-mənəvi problemlər gələcək qayğısı, pozulan sinir sistemimiz bizə yuxunu haram edə bilir. Bəzən səhərə qədər oyaq qalıb, bu düşüncələrdən qurtulmağa çalışırıq. Yatsaq belə, qorxu ilə yerimizdən dik atılırıq. Çünki bu problemlər yuxumuzda da bizdən əl çəkmirlər. Nəticədə ya kabus görürük, ya da yuxusuzluqdan “ölürük”.

Bəs bu vəziyyətdən necə qurtula bilərik?

OLAY sizə yuxu probleminizi həll edəcək tövsiyələri təqdim edir.

Birincisi, yatmadan öncə telefondan, şüadan uzaq durun. Sizin üçün çətin ola bilər. Amma bacararsınız! Məsələn, telefonunuzu yataq otağınıza aparmaya bilərsiniz. Bir müddət bunu təkrarlasanız, yuxu rejiminizə də müsbət təsir göstərəcək. Bir də telefonunuzu səssiz rejimə qoymağı da unutmayın.

İkincisi, otağınız tam qaranlıq olmaldır. Ən xırda işıq belə sizi narahat edə bilər. Telefonunuz yanınızdadırsa, onu ya söndürün, ya da üzü üstə yerə qoyun.

Üçüncüsü, əzələlərinizi rahatlaşdırın.

Yuxu probleminin ən əsas səbəblərindən biri bel və sümük ağrılarıdır. Yuxudan əvvəl ağrıyan nahiyələrinizi masaj edin.  Ya da yatmazdan öncə çimin. İlıq su da sizi rahatlaşdıracaq.

Dördüncüsü, meditasiya edin.

Ağrılarınız fiziki olduğu kimi, psixoloji də ola bilər. Bir məsələdə stress yaşamısınızsa meditasiya üçün bir neçə dəqiqə vaxt ayırın. Yutubda bu mövzu ilə bağlı videolardan faydalana bilərsiniz.

Rahat yatmaq üçün daha bir tövsiyəmiz də var.

Yuxu saatınız qədər, oyanma vaxtınız da önəmlidir. Yuxu rejiminizi qaydasına salın. Yəni, bir sistem qurun və buna uyğun yatıb-oyanın. Hər gün eyni saatda yuxuya gedib, eyni saatda da oyanmağa çalışın. Bu rejimə həftəsonu da əməl edin.

 Son olaraq yuxu probleminizin səbəbini tapmağa çalışın. Bunun üçün bir psixoloqla da danışa bilərsiniz.

Şirin yuxular...