TV proqram
TV proqram

“Oğlumu ağlı kəsməmiş evləndirməli idik”

“Oğlumu ağlı kəsməmiş evləndirməli idik”

“Oğlumu ağlı kəsməmiş evləndirməli idik. Çünki mən məclislərə gedirəm və görürəm ki, uşaqları 20-22 yaşında evləndirirlər. Ağlı kəsməmiş daha rahat olur. Sonra çox seçici olur, oğlanlar da, qızlar da”.

OLAY yazır ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova Ülvira Qarayevanın Astar TV-də yayımlanan yutub layihəsində deyib.

Sənətçi oğlu Cahadla münasibətlərindən söz açıb:

“Mən də, atası da evlənsin deyə küsürük ondan. Bəzən bir həftə üzünə baxmırıq, danışdırmırıq. Sonra nəsə olur, əriyirik, dayana bilmirik. Həmişə onunla dost olmuşuq. İndi isə ondan çox söz ala bilmirəm. Bir az daha qapalı qutu kimidir. Son 2-3 ildir heç danışmır, öz işlərini demir”.