TV proqram
TV proqram

“Valideynlərim izdivacıma razı deyildi”

“Valideynlərim izdivacıma razı deyildi”

“O kimdir?” verilişinin növbəti qonağı Xalq artisti Tünzalə Ağayeva olub.

OLAY yazır ki, sənətçi ayrıldığı həyat yoldaşı Rəhman Əliyev haqqında suallara da aydınlıq gətirib.

İfaçı bildirib ki, valideynləri onun izdivacına razı olmayıb:

“Hansı qadın özünə ayrılıq arzulayar? Həyatımı əllərimlə qurmuşam. Valideynlərim məhz bu izdivaca razı deyildi. O qədər xeyir-dualı ailələr görürük ki, alınmır. Bilmək olmur”.

Ağayeva keçmiş həyat yoldaşının pul müqabilində müğənni haqqında tənqidi məqalələr yazdırdığını da qeyd edib:

“Onun dəstəkçiləri var idi. Qəsdən yönəlmiş planlar vardı. O zamanlar elə jurnalistlər var idi ki, buna getmişdi. Amma mən belə çörək qazanmağın tərəfdarı deyiləm. İnsanı tanımadan haqqında səhvlər yazmaq, pulu alıb, evinə aparmaq, övladına yedirmək nə dərəcədə məntiqlidir?”.

Xatırladaq ki, Tünzalənin bu nikahdan Fidan adlı qızı var.