TV proqram
TV proqram

Sabir Elvinlə davasından danışdı

Sabir Elvinlə davasından danışdı

Müğənni Sabir Əhmədov canlı efirdə həmkarı Elvin Mirzəzadə ilə yaşanan qalmaqalla bağlı açıqlama verib.

OLAY yazır ki, bu barədə o, “Sağlam səhər” verilişində danışıb.

Sabir deyib ki, Elvin təhqiramiz ifadə səsləndirib:

“Ona görə mən studiyadan çıxdım. Bunu orada olanlar bilirlər. Cavan oğlan özü aqressiv gəlmişdi. Heç salam vermək istəmirdi. Əslində bu söhbətdən qaçırdım. Çünki fikirləşirdim, bir söz deyərəm, o, cavab verər, mübahisə yaranar. Neytral cavab verdim ki, mənə toxunma. Bu gördü ki, mən söhbətdən qaçdım, musiqidə dərinə getmədim. O da xanımın xətrinə dəydi. Mən əsgərlik görmüş, kişilik bilən, küçədə böyüyən bir ifaçıyam. Gücüm çatmasa, daşı qaldırıb vuracam. Adam öldürən, kriminal adam deyiləm. Mən müğənniyəm bu cəmiyyətin bir nümayəndəsiyəm. Öyrəşmişəm ki, qadın danışar, təbiətim belədir. Sözü demisənsə, qaçmazdın, dayanardın axıra qədər”.

Qeyd edək ki, sənətçilər arasında dava “Səhərin səsi” verilişində olub. Onlar studiyanı tərk edərək söhbətə kənarda davam edib, hətta əlbəyaxa dalaşıblar. “MTV Azərbaycan”ın əməkdaşları iki ifaçını ayırmağa çalışıb.