Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı müğənni həyat yoldaşı Doğuşla bağlı paylaşım edib.
OLAY yazır ki, o, birgə fotolarını izləyiciləri ilə bölüşərək evliliklərinin 8-ci ili olduğunu deyib:
“Həyatınızda yaşam çətinlikləri qarşısında bir-birinizi qucaqlayaraq addımladığınız, hər an bir-birinizi sevməyə davam edəcəyiniz bir evliliyiniz varsa, siz dünyanın ən xoşbəxt və varlı insanısız.
Həyatınızda xoşbəxt evliliyinizdən başqa hər şeydən vaz keçin. Bu gün Doğuşla evliliyimizin 8-ci ilidir. Vaxt uçub. 8 il əvvəli və bizim evliliyimizlə bağlı proqnozları xatırlayıram: 1 ay, 6 ay, bir il sonra ayrılacaqlar. Amma ayıran da, birləşdirən də Allahdır. Çox şükür 8 ildir birlikdəyik. Rəbbim bu birliyi pozmasın, övladlarımızla birlikdə bizə xoşbəxt, hüzurlu yaşamağı nəsib etsin. Bütün qadınlar, bütün insanlar xoşbəxt olsun”.
Qeyd edək ki, cütlüyün əkiz övladları var.