MTV Azərbaycan kanalında yayımlanan “Səhərin səsi” verilişində gərgin anlar yaşanıb.
OLAY yazır ki, müğənnilər Elvin Mirzəzadə və Sabir Əhmədovun canlı efirdə sözü çəp gəlib. Buna səbəb isə aparıcı Afərim Qurbanlının Elvinin mahnısını nəzərdə tutaraq S. Əhmədova ünvanladığı “Bəyənirsiz bu tip mahnıları” sualı olub.
Sabirin “Bu haqda danışa bilmərəm, musiqi fikirlərim başqa cürdür” cavabından sonra iki sənətçi arasında mübahisə yaranıb. Elvin sualın quruluşunun düzgün olmadığını bildirib, Samir Bayramlı isə Afərimin mahnı şərq üslubunda olduğu üçün belə bir sual verdiyini söyləyib. Mirzəzadə sözügedən ifanın şərq stilində deyil, “Qaytağı ritmlər”ində olduğunu deyib.
“Azərbaycan musiqisində bu ritmlər yoxdur. Bir musiqiçi olaraq mənim üçün bu ləzginka ritmidir”, - deyə, Sabir Elvinə cavab verib. Bu məqamdan sonra tərəflər arasında gərginlik yaranıb. Fikir ayrılıqları Elvinin studiyanı tərk etməsinə zəmin yaradıb. Əhmədov isə həmkarının ardınca çıxıb və söhbətə kənarda davam ediblər.