Əməkdar artist Elza Seyidcahan müasir Azərbaycan filmlərində rol alan aktyorları tənqid edib.
OLAY yazır ki, bəstəkar-müğənni “7 canlı”da qonaq olarkən bəzi kino və serial simalarının tərbiyə pozmaqla məşğul olduğunu deyib:
“İndiki aktyorların bəzilərinə yazığım gəlir. Onlar sənət, tarix və özləri üçün çalışmırlar. Onlar öz tembrində danışmırlar. Həyatda onları görəndə deyirsən ki, bu necə gözəl insandır. Amma televiziyada kiminsə obrazında olurlar.
Küçə söhbətlərini efirə gətirirlər. O obrazları insanların beyninə yeridirlər. Uşaqlar da onlar kimi danışırlar. İllər əvvəl dahi aktyorlarımız, Arif Quliyevin obrazları bizi tərbiyələndirirdi. Amma indi bəzi aktyorlar tərbiyəmizi pozurlar”.