“Biz sevgili olanda çox danışırdıq. Demişdi ki, ailə quranda 6-7 ay sosial şəbəkə detoksu edək. Bir az fikirləşək, görək yenidən necə tərzdə, hansı mahnılarla çıxa bilərsən. Bir narazılıq var idi. İstədik ki, gənc ailəyik, bir-birimizə daha çox vaxt ayıraq”.
OLAY yazır ki, bu sözləri “Səhər mərkəzi” verilişində müğənni Mina Hüseyn deyib.
O, həyat yoldaşı ilə şəkillərini paylaşma səbəbindən da söz açıb:
“O qədər insanlar yazdılar ki... Heç nə danışmırdım, açıqlamırdım. Biri deyirdi, türk vətəndaşıdır, o biri deyirdi ki, Həcidir, 50 yaşı var. Azərbaycanlıdır, özüdə şuşalıdır. İki yaş məndən balacadır. Yəni ki, 50 yaşında deyil. Bizim ikimizin də ilk evliliyidir. İlk dəfə o, sevgi etiraf etdi. Ailəsi məni müğənni kimi qəbul edib, dəstəkləyirlər. Hər zaman yanımdadırlar. Həyat yoldaşım geyimimə qarışır. Sənətdə kiminlə dostluq etməyimə isə qarışmır. Bir gün tamamilə sənətdən uzaqlaş desə, ailəmi seçərəm. Belə bir şey demir, həmişə yanımdadır”.