Aktyor İbrahim Çingizin övladının cinsiyyəti bəlli olub.
OLAY yazır ki, bu barədə İbrahimin atası Əməkdar artist Çingiz Əhmədov məlumat verib.
“Günün sədası” verilişinə qonaq olan sənətçi qız nəvəsinin dünyaya gələcəyini açıqlayıb:
“Mən artıq babayam. Qızımın altı yaşında övladı var. Allahın izni ilə oğlum İbrahimdən gözləyirik. Həkimlər deyib ki, qız övladları olacaq. Olsun, yəgin ki, o da nənəsinin yolunu gedər və hüquqşünas olar. Çox istərdim ki, dünyaya gələcək nəvəm nənəsinin yolu ilə getsin”.
Xatırladaq ki, İbrahim həmkarı Aydan Axundzadə ilə evlidir.