Uzun müddət xərçəng xəstəliyi ilə mübarizə aparan aparıcı Zülfiyyə Bayramova həmin illər yaşadığı çətinliklərdən bəhs edib.
OLAY yazır ki, bu barədə Zülfiyyə aparıcı Ülvira Qarayevanın yutub layihəsinə qonaq olarkən danışıb.
Bayramova bildirib ki, həkimi onu müalicələrlə 8 ay yaşada biləcəyini deyib:
“Həkimlə söhbət etdim. Dedi ki, səni əməliyyata götürürəm, amma 80 faizi ölümdür, sağ çıxmaya bilərsən. Soruşdum ki, bəs, əməliyyat olmasam? Cavab verdi ki, kimyaterapiya ilə 6-8 ay yaşadacağıq səni. Amma əziyyət çəkəcəm. Dedim ki, biri var əməliyyatdayam, narkozdayam, necə ölürəm bilmirəm. Biri də var əziyyət çəkirəm və öləcəyimi gözləyirəm. Şərt kəsdim ki, uşaqlarım və İlqar bilməsin. Çünki 7 saat əməliyyatda olanda onlar həyəcanla ölüm xəbərimi gözləyəcəklər. Kimyaterapiya dəhşətli bir şeydir, ağrıları çoxdur: saç, dırnaq tökülür, sümüklərin ağrıyır... “.
Qeyd edək ki, Zülfiyyə Bayramova tanınmış aparıcı İlqar Mikayıloğlunun həyat yoldaşıdır. Onların iki oğlu var.