“Eltonla şəkil çəkdirmək istəyən xanımlar olur. Normal qarşılayıram. Hətta bəzən şəkilləri mən çəkirəm”.
OLAY yazır ki, bu sözləri Əməkdar artist Elton Hüseynəliyevin həyat yoldaşı, prodüser Tamilla Hüseynəliyeva "7 Özəl" proqramında deyib.
O övladlarının Eltonu qısqanmasından söz açıb:
“Bir dəfə Eltonun konsertində qızlar şəkil çəkdirmək üçün gəlirdilər. Baxdım ki, kiçik qızım Nuray ağlayır. Atasını qısqanmışdı. Şükür, mən qısqanclıq yaşamıram. Hər şey qədərində olmalıdır”