“Alim Qasımovla duet oxumuşdum. Çox populyar idim, sonra ailə qurdum”.
OLAY yazır ki, bu sözləri “Söz baz” proqramında qonaq olarkən Əməkdar artist Almaz Ələsgərova söyləyib. O, qeyd edib ki, həyat yoldaşı sənətdə olmağına icazə verməyib:
“Ardınca iki övladım dünyaya gəldi. Cavanlıqda yorulmaq bilmirdim, arzularım tükənmirdi, çalışırdım ki, mahnılarım, kliplərim olsun. Çox həvəsim, istəyim var idi. Görürdüm kimsə klip çəkdirir, gedib, ondan yaxşısını hazırlayırdım. O vaxtın ən bahalı kliplərini çəkdirirdim. Rejissorlar Ülviyyə Könül və rəhmətlik Şahin Zəkizadə lentə alırdı”.