Müğənni Sevda Yahyayeva həyat yoldaşı Zakir Bayramovla bağlı açıqlama verib.
OLAY yazır ki, o, bu barədə “Söhbət var” verilişində danışıb.
Sevda deyib ki, həyat yoldaşına hər hərəkətinə görə imtahan verir: “Zakir həm də psixoloq sayılır. Hər verilişdən, müsahibədən sonra evdə imtahan verirəm. Deyirəm, 18 ildir, belə sakitəm, bundan sonra necə dəyişim”.