Aparıcı Zuhal Topal görüntülərini icazəsiz maska reklamı və tanıtım fəaliyyətlərində istifadə etdiyi üçün estetik mərkəzi 32 min lirə təzminat tələbi ilə məhkəməyə verib.
OLAY yazır ki, o, bunun üçün İstanbul Fikri və Sənaye Hüquqları Məhkəməsinə müraciət edib.
Qeyd olunub ki, Topalın aparıcılıq etdiyi televiziya şousunda bu məhsullardan bəhs edilib. İddialara görə, şirkət daha sonra məhsulun tanıtımı icazəsiz reklam və tanıtım materialı kimi istifadə edib.