Fotosessiya
Fotosessiya

Gökhan Özen 1 lirə təzminat verəcək

Gökhan Özen 1 lirə təzminat verəcək

Türkiyənin sabiq naziri Mehmet Sevigen və həyat yoldaşı Gülay Sevigen keçmiş kürəkənləri Gökhan Özenə qarşı açdıqları təzminat davasını qazanıb.

OLAY yazır ki, Sevigen cütlüyünün vəkili və Gökhan Özenin vəkili İstanbul Asliye Məhkəməsində təzminat iddiasının qərar iclasında iştirak edib. Prosesdə çıxış edən Sevigen ailəsinin vəkili “Gökhan Özenin əsassız paylaşımlarına görə müvəkkilərimin şəxsi hüquqlarına hücum edilib. Biz işimizin qəul olunmasını istəyirik”, - deyə o bildirib. 

Gökhan Özenin vəkili də işə xitam verilməsini istəyib. Qərarını açıqlayan məhkəmə Sevigenlərin  iddiasını qəbul edib və Gökhan Özenə 1 lirə mənəvi təzminat cəzası verib. 

Məhkəmə qərarı ilə Özen bu təzminatı faizlə birlikdə Sevigen cütlüyünə ödəyəcək.

Qeyd edək ki, G. Özen sosial media hesablarında ailəni rüşvət almaqda ittiham etmişdi.