TV proqram
TV proqram

“Orada rüşvət var idi”- Aygünə cavab verdi

“Orada rüşvət var idi”- Aygünə cavab verdi

“Aygün Kazımova “Yurmala-89” müsabiqəsi ilə bağlı bəzi məsələləri bilmirdi”.

OLAY yazır ki, bu sözləri “10-da görüşək” proqramında qonaq olarkən müğənni İlqar Xəyal söyləyib. O, sözügedən müsabiqədən əvvəl 3 beynəlxalq yarışda birinci yerə layiq görüldüyünü xüsusi vurğulayıb:

“Bilirsiniz ki, müsabiqəsində tanışlıq, rüşvət məsələləri var idi. Mən səhnəyə çıxmazdan öncə müsabiqənin təşkilatçılarından birinin əlində siyahı gördüm və artıq yerlərin paylandığını anladım. Bundan sonra özümü yaxşı hiss etmədiyimi, çıxış etmək istəmədiyimi söylədim. Birinci və ikinci yerlərin sevgililəri münsiflər heyətində idi. Kişi iştirakçının sevgilisi özündən 10 yaş böyük idi. Bilirdim ki, orada kimsə yer tuta bilməyəcək. Samir Bağırovun, Aygün Kazımovanın yarışa qatılması əbəs idi. Sadəcə işarə qoyurdular ki, bura Azərbaycandan, Qazaxıstandan, Ukraynadan iştirakçılar gəlib. Mənə Azərbaycandan zəng etdilər, dedilər, yer tutmasan da, çıxış et. Mən də söylədim ki, yer tutmaq üçün gəlmişəm, niyə çıxış edim? Orada balaca diapazonlu müğənninin birinci yerə layiq görülməsi, mənim kənarda qlamağım pis təsir göstərərdi. Aygün də bilirdi ki, siyahı əvvəlcədən hazırlanıb”.

Qeyd edək ki, A.Kazımova ötən günlərdə “Səhər mərkəzi” proqramında İlqar Xəyalın müsabiqədə həyəcanlandığı və qorxduğu üçün səhnəyə çıxmadığı barədə açıqlama vermişdi.