“Vogue World: Hollywood 2025” möhtəşəm şou ilə Los-Ancelesdə baş tutub.
OLAY yazır ki, 2025-ci ilin ən çox gözlənilən moda tədbirlərindən biri olan “Vogue World: Hollywood” oktyabrın 26-da Los-Ancelesdə yerləşən məşhur “Paramount Pictures Studios”da keçirilib.
“Moda və Kino” teması altında keçirilən tədbirə dünya şöhrətli ulduzlar, dizaynerlər və sənət nümayəndələri qatılıb.
Builki şou yeddi tematik bölmə üzrə təqdim olunub. “Hollywood Glamour”, “Afrofuturism”, “The Renegades”, “Historical Heroines” və digər başlıqlar altında tanınmış filmlərdən və dövrlərdən ilhamlanaraq hazırlanmış geyimlər podiumda nümayiş etdirilib.
Doca Kət və Qresi Abrams kimi musiqiçilərin canlı çıxışları gecəyə rəng qatıb. Nikol Kidman, Quventh Paltrov, Heyli Biber, Dakota Cohnson kimi tanınmış simalar qırmızı xalıda şıqlığı ilə diqqət çəkib.