Türk aktrisa Fadik Sevin Atasoy xəstəliyi haqqında danışıb.
OLAY yazır ki, o keçən il tutulduğu süd vəzi xərçənginin vegeteryan qidalanma sayəsində yavaş irəlilədiyini bildirib:
“Xəstəlik proteinlə qidalanırdı, mən isə protein qəbul etmədiyim üçün xəstəlik 10 ilə irəlilədi”.
Aktrisa həmçinin kariyerası ilə bağlı da danışıb:
“Kino mənim ruhumu bəsləyir. Bu il bol-bol film çəkib ruhumu doyuracağam. 15 ildir ki, evimdə televizor yoxdur. Filmləri ancaq kinoteatrda izləyirəm”.