Aparıcı Elgiz Əkbər verilişi ilə bağlı yalan məlumatlar yayan şəxsə xəbərdarlıq edib.

OLAY yazır ki, verilişinə qatılan Tural adlı vətəndaşın sosial mediada səsləndirdiyi ittihamlar Elgizi əsəbiləşdirib.  Bu ittihamlardan sonra Elgiz Əkbər həmin şəxsi yenidən efirə dəvət edərək məsələyə aydınlıq gətirib. Tural dediyi sözləri əsəbləşərək söylədiyini və ondan heç kimin pul istəmədiyini bildirib:

“Məndən pul istənməyib. Ailəm təhqir, tənqid olunduğuna görə belə dedim. Səhvimə görə üzr istəyirəm. Övladıma dərman almaq üçün pul lazım idi, imkanım çatmırdı. Ona görə əsəbləşərək bu yola əl atdım”.

Elgiz isə  həmin şəxsə xəbərdarlıq edib:

“Televiziyanın işi vətəndaşların problemlərini işıqlandırmaqdır. Əgər haqsızlığa uğranıbsa, ailə münaqişəsi varsa və bunu ictimailəşdirmək istəyirsənsə, televiziyanın işi budur. Televiziyanın işi məhkəmələrdə sürünmək deyil, pul vermək deyil. Sosial verilişlər xarici ölkələrdə də var, amma heç bir kanalda bu qədər kömək göstərilmir vətəndaşlara. Televiziyanın televiziya işi var, məhkəmənin məhkəmə işi var, prokurorluğun prokurorluq işi var. Televiziya sizə dərman almağa borclu deyil. Sən çıxıb “Tiktok” platformasında yalandan danışırsan ki, ora şoudur, məndən pul aldılar. Burda heç kimin sənin puluna ehtiyacı yoxdur. Yalançıya bu dünyada da, o dünyada da yer yoxdur. Bir də mənim verilişimin adı ilə bağlı yalanlar yayılsa bağışlamayacam. Axırıncı dəfə olsun”.