Şairə Nazilə Səfərli açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, o, “Öz aramızda” verilişində bahalı xına mərasimlərdən danışıb:
“Azərbaycanda 200 minə qədər idi xına məclisi... Əgər 5 ulduzlu hoteldə masa menyu 300 manatdırsa... Bir xına məclisim olub, 3 gün işləyiblər, 5 ulduzlu hoteli Şəki Xan Sarayı ediblər, dekoru dəyişiblər. Təkcə o dekor 52 min tutmuşdu. 200 minə yemək, dekor və müğənnilər daxildir. Məsələn, xınaya Aygün Kazımova, Röya Ayxan, Tünzalə Ağayeva dəvət olunsa. Elə xonçalar var ki, onlardan bəziləri yarım milyondur”.