Xalq şairi Vahid Əziz müğənni NURAN-ın “Ay Yalançı” mahnısında onun sözlərini dəyişməsinə münasibət bildirib.

OLAY yazır ki, bu barədə V. Əziz Xəzər TV-də danışıb:

“Yaxşı oxudu, sözümü dəyişib, amma gərək dəyişməzdi, mənə deyərdi. Oxumağını bəyəndim, başqa dinamikası, oxunuş tərzi var. Misranı dəyişəndə mənə desəydi, bəlkə ondan daha yaxşı söz deyərdim, ona görə…”.

Xalq şairinin fikirləri ilə bağlı gənc artist NURAN OLAY-ın suallarını cavablandırıb. O, mahnının sözlərini dəyişmə səbəbini açıqlamasa da, bu fikirləri bildirib:

“Əziz Vahid müəllimə diqqəti üçün minnətdaram. Gələcəkdə şeirlərinə müraciət etsəm, mütləq özündən məsləhət alacağam. Hər hadisə mənim üçün bir təcrübədir. Eyni zamanda Vahid Əziz kimi görkəmli şairimizin hər rəyi mənə bir dərsdir. İfamı bəyəndiyi üçün də ayrıca təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, sözügedən mahnının sözləri V. Əzizə, musiqisi Xalq artisti Eldar Mansurova məxsusdur. Xalq artisti Ağadadaş Ağayevin repertuarına məxsus mahnının sözlərində “Lap Tanrı ol, ocağına sürünmərəm, ay yalançı” misrası “Bir də məsum göz yaşına inanmaram, ay yalançı” ilə dəyişdirilib.